• Ca. Apr 25th, 2024

Amansız müharibə

Apr 21, 2022, 10:47

Məmmədzadə Azər Vüsal oğlu

Gəncə şəhəri, İsmət Qayıbov adına 1 nömrəli orta məktəbin 6-cı sinif şagirdi

Açıklama yok.

Müharibə! 2020-ci ilin sentyabr ayına kimi biz bu sözə ancaq kitablarda və televiziya kanallarında rast gəlirdik. Müharibənin yaratdığı dəhşətləri, evlərin dağılmasını, günahsız insanların ölməsini, xüsusən də uşaqlara qarşı amansız terror hadisələrini yalnız başqa ölkələrdə baş verdiyini görüb çox pis olurduq. Bu hadisələrin öz ölkəmizdə, öz yaşadığımız şəhərdə də baş verə biləcəyini heç ağlımıza belə gətirmirdik.

2020-ci ilin sentyabr ayının 27 də Azərbaycanın gözəl guşələrindən olan, uzun illər erməni silahlı birləşmələrinin işğalı altında qalan Qarabağımızın azad olunması uğrunda başlanan müharibə xəbərini eşidəndə hamının keçirdiyi hisləri məndə keçirirdim. İlk günlərdə qələbə xəbərlərin aldıqca ordumuzun uğur qazanacağına tam əmin idik. Müharibə itkisiz olmur. Babam bizə birinci Qarabağ müharibəsindən danışanda o vaxt xeyli sayda şəhid verdiyimizi demişdi. Elə müharibənin ilk günlərində sentyabrın 29-da Gəncədə yaşadığımız küçədə, qonşumuz Anar əminin oğlu Nağı Həşimovun şəhid olması bizi üzdü. Artıq o gündən sonra şəhərimizin başqa ərazilərinə də qəhrəmancasına şəhid olan hərbiçilərimizin ölüm xəbəri gəlirdi.

Birinci Qarabağ müharibəsi dövründə Gəncəyə Ermənistan Silahlı qüvvələri tərəfindən 5 dəfə raket hücumu olmuşdu. İlk belə hücum oktyabrın 4-də baş verdi. Yaşadığımız yerə yaxın əraziyə atılan bombanın səsi məndə və bütün Gəncə sakinlərində elə həyəcan yaratmışdı ki, o anları fikirləşəndə yenə həyəcanlanıram. İlk bombalanma zamanı mülki şəxs Tunar Əliyev şəhid oldu və 30-dan çox vətəndaş isə xəsarət aldı. Oktyabrın 11 və 17 də Gəncənin növbəti dəfə bombalanması zamanı şəhərin nə qədər evlər yerlə yeksan edildi və hadisə zamanı 26 nəfər şəhid oldu. Onların arasında uşaq, qadın və yaşlı insanlarda var idi. Bombalanma zamanı 100-ə yaxın günahsız insan yaralandı.

Gəncədə baş verən bombalanma terror hadisəsi idi. Bu hadisə zamanı günahsız vətəndaşlara qarşı cinayət törədildi. Bütün bu baş verənlərə görə Ermənistan tarix qarşısında cavab verməli olacaq. Bizim üzərimizə düşən əsas vəzifə isə günahsız insanların ölümü ilə nəticələnən hadisələri heç vaxt unutmamaq və məlumatları gələcək nəsillərə ötürməkdən ibarətdir.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir