• Be. Apr 22nd, 2024

Düşmən terroru

Apr 21, 2022, 10:41

Sadıqova Aydan Azər qızı

Gəncə şəhəri 28 nomrəli tam orta məktəbin sinif 6-cı sinif şagirdi

Açıklama yok.

Azərbaycanın zəngin flora və faunası, torpaq örtüyü, iqlim şəraiti və xəzərin qumlu sahilləri haqda dünya şöhrətli səyyahlar da öz əsərlərində qeyd etmişdir. Tarixən bu torpaqlar oğuz eli olub və Azərbaycan torpaqları hər zaman ölkələri özünə cəlb edib. Daim savaş meydanına çevrilməsinin əsas səbəbi də bu torpaqlara göz dikən yadelli işğalçıların bitib tükənməyən nəfsləri olub.

Mənfur düşmənləri qonşu ərazilərə köçürən ruslar Azərbaycana qarşı öz çirkin əməllərini düşmənlərin əli ilə törətdilər. 90-cı illərdə I Qarabağ döyüşlərində minlərlə insan görünməmiş vəhşiliklər yaşadılar. Xocalı soyqırımı Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biridir. Günahsız insanların qisasını Vətən müharibəsində igidlərimiz aldı. Böyüklər Qarabağ müharibəsi haqqında danışanda diqqətlə dinləyirdim. O dəhşətləri necə yaşadıqlarını hiss etməyə çalışırdım. Ancaq bilmirdim ki, nə vaxtsa o hissləri yaşayaram. Həmişə eşidirdim ki, döyüş səngərdə, döyüş meydanında gedər. Xocalıdan sonra mənfurlar Bərdə, Gəncə, Tərtər, Goranboy terrorunu da etdilər. Gəncə terroru zamanı şəhərdə idik. Heç kim qorxub evini tərk etmirdi. Əksinə əsgərlərimizə dualar edib, isti geyimlər, qidalar göndərirdilər. Biz məktəblilərdə igidlərimizə məktub yazıb onlara qürur duyğumuzu qeyd edirdik.

Gəncəyə 5 dəfə ayrı-ayrı vaxtlarda qadağan olunmuş raket zərbələri endirildi. İlk hücüm 2020-ci il 4 oktyabr tarixində, daha sonra 8 oktyabr, 11 oktyabr və 17 oktyabr tarixlərində oldu. Bu düşmən terroru nəticəsində 27 vətəndaşımız şəhid oldu, 100 nəfərdən çox insan xəsarət aldı. Bu hücum Xocalı soyqırımından sonra ikinci soyqırım oldu. Düşmən qana susamışdı. Gəncə daim onların xəyalında canlandırdığı yuxular olub. İgidlərimiz onların xəyallarını puç etdi.

Terror nəticəsində körpə uşaqların cansız bədənləri, ana, atasını itirmiş uşaqların fəryadı, dağıntılar altında çarəsiz qalan ahıl insanların kömək istəməsi, qorxudan nitqi tutulan balacaların məzlum baxışı Gəncə tarixinin səhifəsinə qanla yazıldı. Dəhşətli dağıntıların olduğu yerə gedib oranı soyuqqanlılıqla izləmək mümkün deyil. Lakin oranın açıq muzey kimi saxlanılması, Gəncə şəhərinə gələn xarici vətəndaşların, səfirlik nümayəndələrinin ziyarətini təşkil olunması bu vandalizmin dünyaya çatdırılmasında mühüm məsələdir. Mən əminəm ki, gələcək erməniləri bütün dünya törətdikləri vəhşiliklər üçün qınayacaq. Azərbaycan isə bu müqəddəs zəfəri ilə hamının üzünə vüqarla, şərəflə baxacaq.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir