• Ca. Apr 18th, 2024

Eşitdiklərimdən gördüklərimə qədər VƏTƏN

Apr 21, 2022, 10:37

Məmmədli Ayan Seymur qızı

Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi

Açıklama yok.

Mən elə bir yerdə yaşayıram ki, mənim ətrafımda ermənilər yoxdur. Amma onları həmişə bir kabus olaraq təsəvvür etmişəm… Hər yerdə erməni faşistləri deyə adı keçən bu mənfurları Vətən müharibəsində televiziyadan izləyirdim. Sən demə, bunlar da zahirən adi insanlara bənzəyirmiş. Bəs elə isə niyə onlara faşist deyilir?! Mənim nəzərimdə faşist qorxunc, bədheybət bir varlıqdır. 44 günlük savaş bu adi insana oxşayan varlıqların qorxunc tərəfini göstərdikcə “erməni” adı çəkiləndə nənəmin qaşlarının düyünləndiyinin, babamın əsəbdən qaşlarını çataraq dalğın-dalğın uzaqlara baxmasının səbəbini anlamağa başlayırdım… Anamdan erməni kimdir deyə soruşdum? Anam mənə dedi: Yadıma “Dədə Qorqud” dastanında Uruzun atasına verdiyi sual düşdü: “Ata, yağı kimdir? Dastanda Qazan xan oğluna cavab vermişdi ki, yağılar – kafirlərdi”. Düşünməyə başladım ki, görəsən ermənilər də yağılarla, kafirlərlə eyni kökdəndir? Axı Qarabağlı nənəm də həmişə doğma elindən, obasından söz düşəndə kafirlər doğmalarımı yurdumuzdan, elimizdən, Xocalımızdan didərgin salıb deyirdi. Kafir, faşist, erməni-bu sözlər artıq mənim nəzərimdə sinonimə çevrilmişdi. Amma bir kabus kimi, sadəcə bir kabus kimi… Hərdən elə fikirləşirdim ki, onlar gözləri təpəsində, iri əlləri, ayaqları olan, yırtıcı bir varlığa bənzəyirlər. Lakin, televiziyada danışdırılan erməni baş naziri də, əsir düşən əsgərləri də, komandirləri də zahirən bizim kimi adi insanlar idi. Elə isə niyə onları böyüklərimiz faşist, kabus kimi təsvir ediblər?! Bu sualın cavabı çox da gecikmədi. Bir səhər oyananda bu sualın cavabını bir gecədə dağılan, alt-üst olan binalar, daş altında qalan körpələr, günahsız, yatdığı yerdə ölümləri raketlə gələn dinc insanlar verdi… İnsanlar qorxa-qorxa evlərində hərəkət edirdilər, hər an yenə müharibə getməyən yerdə baxışları ilə bir-birindən halallıq istəyən insanların səksəkəsi verdi bu sualın cavabını…Babamdan soruşdurm: “Baba məgər müharibə Qarabağ uğrunda deyil?! Bəs elə isə Gəncəyə atılan raketlərin səbəbi nədir? Babam cavab verdi ki, “Bala qorxma, hiss edirəm ki, müharibə qurtarır, düşmənin müqaviməti sınıb. Çünki Hitler də məğlubiyyətinin son mərhələsində son raketlərini yağdırırmış…”. İndi anladım ki, dinc yurda hücum edən kafirlərin bu ermənilərdən fərqi yoxmuş. İndi anladım ki, raketləri dinc insanların yaşadığı yerə yağdıran ermənilərin faşistlərdən fərqi yoxmuş… Babam dediyi kimi də oldu, qüvvətli ordumuz düşmənin müqavimətini sındırdı, 44 günlük müharibə ZƏFƏRLƏ bitdi. Və mən, bu qururlu anları yaşadım… Qarabağ uğrunda şəhid olanların, zorla yurd yuvalarından didərgin düşən nənələrimin, babalarımın, doğmalarımın qisası yerdə qalmadı…

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir