• C. Apr 26th, 2024

Gözü qanlı gecələr

Apr 24, 2022, 19:44

Süleymanlı Nigar Emin qızı

Gəncə şəhəri, Mirzə Ələkbər Sabir adına 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi

Açıklama yok.

2020-ci il 11 və 17 oktyabr. Bu tarixlər xalqımızın qan yaddaşına yazıldı. Çünki həmin gecələr düşmənin ölüm saçan güllələri isti yatağında yatan neçə ailənin ümidlərini, arzularını puç etdi. Müharibənin nə demək olduğunu bilməyən körpələr erməni terroruna məruz qaldılar. Evlərini, isti ocaqlarını, ən dəhşətlisi analarını, atalarını, bacılarını, qardaşlarını, körpə övladlarını itirdilər, ən ağır faciə yaşadılar. O gecədən geriyə yarım qalan həyatlar qaldı. Erməni terrorçuları körpələrin gələcəyini, valideynlərin arzusunu əllərindən aldı.

11 və 17 oktyabr gecələri çox dəhşətli idi. Güclü və tüpürpədici səs evdə bizi vahiməyə saldı. Artıq bir neçə dəfə raket düşdüyünə görə yenə atdıqlarını bilirdik. Amma bu səs daha əvvəlkilərə bənzəmirdi. Cəbhə bölgəsi ilə yaxınlığımız yoxdur. Bildik ki, yenə evə, ailəyə, dinc əhaliyə atıldı raket. Bu dəfə zərbə daha böyük ərazini dağıtmış, daha çox ailə zərər görmüş, daha çox insan həyata vəda etmiş, daha çox ana balasız, daha çox bala valideynsiz qalmışdı. Bunun bir adı vardı… Vəhşilik.

Ermənilərin Azərbaycana qarşı vəhşilikləri çox olub. Hər dəfəsində bağışlanıb, bir azda azğınlaşıb. Lakin bu dəfə yağı düşmən sel kimi çağlayan, göy gurultusu kimi gurlayan bu el gücünün qarşısında tab gətirə bilmədi. Qələbə müjdəsindən Vətənin üzü güldü. İndi şəhidlərin ruhları vətən göylərində azad gəzirlər. İllər ötüb qərinələr keçsə də, şəhidlər heç vaxt unudulmur, daim minnətdarlıq duyğuları ilə yad edilir, xatirələri dərin ehtiramla anılır. Qədim Gəncəmizin şəhidləri də həmişə ehtiramla yad edilir və ediləcəklər. Biz onları heç bir zaman unutmayacağıq. Yaşadığımız hər xoş gün üçün onlara minnətdar olacağıq. Əvəzində hər birimiz bu gözəl vətənin bir vətən daşına çevrilib, onu qoruyacağıq, onu daha da inkişaf etdirəcəyik. Azad ölkənin azad vətəndaşları olaraq müstəqil dövlətimizin keşiyində duracaq, vətənimin çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik. Məmməd Arazın sözləri ilə desək:

Vətən mənə oğul desə, nə dərdim

Mamır olub qayasında bitərdim.

Daim var olsun, vətənimiz Azərbaycan və biz də vətən övladı olaraq onu öz qanımızla, canımızla, öz biliyimiz, bacarığımızla qorumağa hazırıq.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir