• Be. May 20th, 2024

Gözümdən getməyən Gəncə gecələri

Apr 24, 2022, 19:36

Quluzadə Toğrul Vidadi oğlu

Gəncə şəhəri, İsrafil Məmmədov adına 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin 7-ci sinif şagirdi

Açıklama yok.

Unutmamışıq.Unutmayacağıq.Xatırlayırıq.

O kəsləri ki, illər belə silə bilməz.

Azərbaycan xalqı gələcək nəsillərinə firavan həyat bəxş etmək üçün tarixən keşməkeşli və uzun yol keçmişdir. Tarixin səhifələrini vərəqlədikcə ermənilərinzaman-zaman azərbaycanlılara qarşı törətdikləri fitnə-fəsadların şahidi oluruq. Son iki yüz ildə xalqımızın başına gətirilən bəlaların əsas səbəbkarı xəyanətkar və iblis xislətli erməni daşnakları olmuşdur. “Dənizdən–dənizə böyük Ermənistan” yaratmaq kimi xəstə xülyası ilə yaşayan mənfur düşmən qan tökmək, ədavət toxumu səpmək üçün həmişə məqam gözləmiş və fürsət düşən kimi öz məkirli məqsədlərini həyata keçirməyə çalışmışlar.

Ümumiyyətlə ermənilərin soyqırım siyasəti Azərbaycan xalqına olmazın fəlakətlər gətirmişdir. Tarixi Azərbaycan torpağı olan olan Qarabağ və Zəngəzura erməni əhalisinin yerləşdirilməsi, 1905,1918-ci illərdə azərbaycanlıları qorxutmaq və qovmaq məqsədi ilə törədilən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-53-cü illərdə yüz minlərlə Azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir. 1988-ci ildə isə ermənilər Qarabağı azərbaycanlılardan güclə qoparmaq məqsədilə yeni hücum dalğasına başladılar. Hərbi münaqişə nəticəsində Dağlıq Qarabağ və ona bitişik ərazidə yerləşən Azərbaycan rayonları erməni silahlıları tərəfindən işğal edildi. Elan olunmamış bu müharibə 20 min azərbaycanlının həyatına son qoyub, minlərlə soydaşımız əlil olub. İşğal altında qalan kəndlərimiz, şəhərlərimiz sözün həqiqi mənasında yerlə bir edilib.

Xalqı belə acı tale yaşayan, zaman-zaman haqsızlıqla üzləşən, torpaq itirən bir məmləkətin övladı tarixin ədalətsizliklərinə biganə qala bilərmi? Yox! Qalmadı! 1920-ci il 27 sentyabr Azərbaycan Ordusunun “Zəfər” yürüşününü başlandığı gün oldu. 30 il düşmən tapdağında inləyən torpaqlarımızı azad etmək üçün səfərbər oldu Azərbaycan əsgəri. Xalqımız yumruq kimi birləşdi. Öz iradəsini düşmənə göstərdi. Lakin düşmən yenə də terrorçu sifətini göstərdi. Qarabağdan, döyüş meydanından çox uzaqda olan şəhər və kəndlərimizi raket atəşinə tutdular. Onlarla günahsız, dinc əhalinin canına qıydılar.

Təəssüf ki, mənim uşaqlıq taleyimə də müharibə yazılıb. Erməni terrorçuları qədim Gəncəmizə də göz dikmişdilər. Fəqət niyyətləri gözlərində qalmışdı. Buna görə də dinc əhaliyə raketlərlə saldırırdılar. Ermənilərin oktyabrın 17-də gecə Gəncəni atəşə tutması nəticəsində ortaya çıxan dəhşətli mənzərə yadımdan çıxmır. Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01:00 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox insan yaralanmışdı. Ermənilərin bu hərbi cinayəti mənim kimi çoxlarının yaddaşından silinməyəcək. Gəncədə törədilən teror insanlığa qarşı yönəlmiş cinayətdir. Ermənilərin törətdiyi Gəncə terroru nətisəsində 10 aylıq Narin dayısının qucağında torpağa tapşırıldı. Yuxuda olarkən öldürülən bir yaşlı Mədinə bu həyata əbədi olaraq gözlərini yumdu. Dağıntılar arasında övladını deyil, onun fotosunu tapan çarəsiz ata obrazı getmir gözlərimin önündən. 5 ailə üzvünü itirən Teymur Əsgərov və yaxınının tabutu üzərində ağlayan yaşlı xanımın ah-naləsi silinmir yaddaşlardan. Əgər Gəncə qətliamı olmasaydı, onların hər biri həyatına davam edəcəkdi…

Gəncənin işğalçı Ermənistan tərəfindən bombalanması zamanı ata-anasını itirən və onları son mənzilə yola salan uşaqların gözlərindəki acı ürəkləri sızladır.16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn həyatına bundan sonra hər iki valideyini olmadan davam edəcəklər. Budur erməni terrorunun nəticəsi.

Tarix boyu sülh vaxtı da partlayıcı vasitələrdən fəal istifadə edərək, ermənilər mülkü şəxsləri hədəf seçiblər. Terrorçuluq onların xislətindədir.Gəncə şəhərinə Ermənistanın atdığı raket zərbəsi terror aktıdır. Bu terror dinc əhalinin məhv olunmasına, Azərbaycanlılara qarşı soyqırım törədilməsinə yönəlmişdir. Onlar belə bir soyqırımı Xocalıda da törətmişdilər. Gəncə teroru baş verən o dəhşətli gecə, Gəncə sakinlərinin yaddaşında “qara gecə” kimi qalıb. O gecə neçə insanın arzusuna son qoyuldu. O gecə insanlara bir ömürlük acı, əzab və iztirab yaşatdı. O gecə erməni terrorçularının atdığı raket bir gənci ali təhsildən, digərini məktəbdən məhrum etdi. O gecə onlarla insan əbədiyyən uyudular. Bu gün məzarlarda uyuyan şəhidlər Azərbaycan xalqının əqidəsinin sınmaz, birliyinin “dəmir yumruq” kimi möhkəm olduğunu dünyaya sübut etdi.

Azərbaycanın Ali Baş komandanı, Azərbaycan Ordusu və Azərbaycan xalqının bu sarsılmaz birliyi “Zəfər günü”nə apardı bizi. Müharibə, terror dağıntı, fəlakət deməkdir. Onlar ölüm saçır, günahsız insanların həyatına son qoyur. Arzum budur ki, başımızın üstündə tüstü yox, aydın səma olsun, göy üzündə döyüş təyyarələri, qırıcı raketlər yox, sülh göyərçinləri uçsun…

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir