• Ça. Apr 16th, 2024

Jurnalist təşkilatı şəhid ailələrinin sosial problemlərini araşdıracaq

Sen 1, 2022, 15:52

Jurnalist Araşdırmaları Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihənin icrasına başlayıb. 

JAM sədri, layihənin rəhbəri Seymur Verdizadə deyib ki, məqsəd şəhid ailələri və Qarabağ qazilərinin problemlərini, onların ehtiyac və istəklərini öyrənmək, bu problemləri media vasitəsilə müvafiq dövlət qurumlarının diqqətinə çatdırmaqdır.

“Layihə çərçivəsində həm ölkənin tanınmış, ictimai fəal olan şəxsləri, həm də bu kateqoriyadan olanların özlərinin fikirləri dinləniləcək, qaldırılan məsələlər onlayın media vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırılacaq. Bundan başqa layihə çərçivəsində şəhid ailələrinin evlərinə səfərlər, bu kateqoriyadan olan təşkilatların nümayəndələri ilə görüşlər, onların yaşayışı ilə bağlı reportajlar hazırlanacaq”, – deyə Seymur Verdizadə qeyd edib.

JAM sədri bildirib ki, layihə 3 ay müddətində Bakı şəhərində həyata keçiriləcək. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir