• Şb. Apr 20th, 2024

Məktəblilər Gəncə terroru mövzusunda 2 müsabiqənin qalibi olublar – FOTOLAR

Apr 19, 2022, 12:37

16 aprel 2022-ci il tarixində Gəncə şəhərində – Məhsəti Mədəniyyət Mərkəzində mövzusunda məktəblilər arasında inşa və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə layihə çərçivəsində baş tutan mərasim Vətən torpaqları uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin, habelə, Gəncə terrorunda həyatlarını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, media nümayəndələri, ziyalılar və valideynlər iştirak ediblər.

“Gəncəfilm” Kino Yaradıcılığının İnkişafına Təkan İctimai Birliyinin sədri Xalidə Mete çıxış edərək “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi haqda məlumat verib. Bildirib ki, QHT Agentliyinin dəstəyi ilə Gəncə terroru mövzusunda şəhər şəktəbliləri arasında inşa yazı və rəsm müsabiqəsi keçirilib. Hər iki müsabiqə üzrə bütövlükdə 34 qalib seçilib. Bundan başqa, seçilən 17 inşa yazısı ölkə mediasında dərc olunub. Həmçinin, ilk dəfə olaraq Gəncə terroruna aid sayt – ganjaterrorism.com saytı yaradılıb. X.Mete mərasimin təşkilində verdikləri dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinə və Gəncə Regional Mədəniyyət İdarəsinə təşəkkürünü bildirib. 

Tədbirdə çıxış edənlər – “Ortaq Dəyərlər” İB-nin sədri Aqil Camal, ADAU-nun dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüsal Məmmədov, Gəncə şəhər Rəssamlıq məktəbini müəllimi Könül Cabbarova 44 günlük haqq savaşında qüdrətli Azərbaycanın iqtisadi, hərbi gücü, Müzəffər Ali Baş Komandanın güclü siyasəti və iradəsi, Azərbaycan Ordusunun hünəri və rəşadəti sayəsində qazandığı Zəfərdən fəxrlə bəhs edərək, Ermənistanın dinc əhaliyə qarşı törətdiyi terroru qətiyyətlə pisləyiblər.

Uşaqlar yazdıqları inşalardan nümunələr oxuyublar.

Mükafatlandırma mərasimindən sonra qaliblərin rəsm sərgisinə baxış keçirilib.

Sonda layihə çərçivəsində 17 inşa və 17 rəsm müsabiqəsinin qalibinə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqədə qalib olan şagirdlərin rəsmlərindən ibarət sərginin Bakı şəhərində də təşkil olunması nəzərdə tutulub.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir