• Ç. Apr 24th, 2024

Qələbəyə doğru

Apr 24, 2022, 19:39

İbrahimli Surə Aqil qızı

Gəncə şəhəri, Texniki, Təbiət Fənləri Təmayüllü liseyin 10-cu sinif şagirdi

Açıklama yok.

Vətən müharibəsi…Minlərlə qəhrəmanın qan töküb, can verdiyi müharibə.. İllərlə düşmən tapdağı altında olan olan torpaqlarımızın azad olunduğu müharibə…

Azərbaycanımızın ən gözəl guşəsi olan Qarabağ və onun uğrunda gedən döyüşlər Azərbaycan xalqının unudulmayacaq tarixidir. Bu müharibə Azərbaycanın, eləcədə bütün türk xalqının gücünü dünyaya göstərdi.

Vətən müharibəsi zamanı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə 2020-ci il oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanmışdır. Həmin hadisə Qarabağ döyüşləri zamanı baş vermişdir. Terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş vermişdir. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, insanlar mənəvi-psixoloji sarsıntıya məruz qalmışdır.

Oktyabr ayının 4-də ilk hücum nəticəsində bir mülki şəxs şəhid olmuş, otuzdan çox mülki şəxs yaralanmışdır. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə oktyabrın 5-də baş vermişdi. Hücum nəticəsində üç mülki şəxs yaralanmışdı. Üçüncü raket hücumu oktyabrın 8-də baş vermişdir. Xoşbəxtlikdən həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermişdir və nəticədə 10 mülki şəxs şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəfə alan 5-ci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla

16 nəfər şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Həmçinin şəhərin infranstrukturuna, yaşayış binalarına və digər binalara, avtomobillərə, obyektlərə ziyan dəymişdir.

Amansız düşmən hətta uşaqlara da acımamışdır. Gəncəyə qarşı olan bu terrorçuluq zamanı heç bir vətəndaş evini, doğma şəhərini tərk etməmiş və “Öləcəyiksə, doğma dədə-baba yurdumuzda öləcəyik” demişdirlər. Həmçinin Gəncə ətrafı bölgələrdə də belə olmuşdur. Bu inam hamısı Azərbaycan Silahlı qüvvələrinin gücü sayəsində idi. Bütün Azərbaycan xalqı illərdir düşmən tapdağında olan, həsrətini çəkdiyimiz Qarabağın geri dönəcəyinə inanırdı və bu belə də oldu. Rəşadətli ordumuz Qarabağımızı bizə geri qaytardı. Biz azərbaycanlılar bu qələbəni fəxrlə, şərəflə zaman, hər yerdə qeyd edirik. Bu qələbə bizim baş ucalığımzdır.

Cənab Ali baş komandanımızın yürütdüyü dahiyanə siyasəti bütün dünyanı heyran qoydu. Hər bir azərbaycanlı ümumilli liderimizin layiqlı davamçısı olan İlham Əliyevlə fəxr edir. Bizim hazırda torpaqlarımızda rahat, firəvan həyat sürməyimizin, yüksək səviyyədə təhsil almağımızın səbəbkarı ölkə rəhbərinin bizə olan qayğısının nəticəsidir.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir