• Be. Fev 26th, 2024

Qarı düşmən dost olmaz !

Apr 21, 2022, 10:30

Babayev Aruz Seymur oğlu

Gəncə şəhəri, İsmət Qayıbov adına 1 nömrəli məktəbin 11-ci sinif şagirdi

Müharibə hər zaman dəhşətli hadisədir. İnsanların ölümü, ölkələrin, şəhərlərin viran qalması üzücüdür. Ancaq müharibə zamanı döyüşə gedən hər bir əsgər ölümü də gözə alır. Lakin evində oturub normal həyatını yaşayan insanlar üçün anidən başına raket düşməsi müharibənin ən ədalətsiz tərəfidir. Gəncə 44 günlük müharibə dövründə bunu yaşadı. Bir-birinin ardınca düşmənin silahlı qüvvələri özünün ən çirkin əməlinə əl ataraq Azərbaycan xalqına qarşı növbəti dəhşətli və insanlıqdan uzaq cinayət törətdi. Ermənistan hərbçiləri bu cinayətdə çox təhlükəli bir silah – “TOÇKA-U” raket sistemindən istifadə etdi. Bilə-bilə dinc əhalinin ölümünə səbəb oldu. Gəncədə insanların sıx yaşadığı əraziləri gecə saatlarında, insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Tarixinə yazılacaq bu ən qanlı terror əməliyyatı Ermənistanı terroru himayə edən bir dövlət olduğunu göstərdi.

Gəncə ilə eyni zamanda Bərdə şəhərində dəhşətli terror aktları törətdi.

Bütün bunlar göstərir ki, ermənilər hünərsizdirlər. Belə olmasaydı, onlar döyüşdə Azərbaycan Ordusu ilə üz-üzə gəlib vuruşmağı seçərdilər.

Onlar bu təkbətək döyüşdən qorxduqları üçün, döyüşmək əvəzinə dinc sakinləri, silahsız yaşlıları, qadınları və uşaqları hədəf aldılar. Aiulələri, evləri, yurdları dağıtdılar. Onlarla insanı əlil etdilər.

Ermənilərin bilərək dinc əhaliyə raket atması beynəlxalq hüququn normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına ziddir. O isə buna məhəl qoymadığını, humanizm prinsiplərini pozduğunu bir daha nümayiş etdirdi.

 Azərbaycan isə Ermənistana qarşı eyni siyasəti yürütmədi. Edə biləcəyi halda, dinc insanları, evləri, mülki obyektləri vurmadı. Dinc əhaliyə zərər vermədi. Öz hərbi gücünü müharibədə göstərdi. Şuşanı azad edərkən piyada dağlara dırmanaraq, şəhəri əlbəyaxa döyüşdə qazandı Azərbaycan əsgəri. Öz gücünü, qüvvəsini və ədalətini nümayiş etdirdi. Buna görə də qələbə qazana bildi. 30 il düşmən tapdağı altında olan torpaqlarımızı 44 günlük müharibədə geri qaytardı… Qələbə Bizim Oldu.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir