• Ç. İyn 26th, 2024

QHT təlimdə müasir texnologiyaların tətbiqini öyrədir – FOTO

Apr 29, 2022, 15:19

“Turan” İstedadlar Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Gənclər üçün peşə kurslarının təşkili və onların müvafiq işlə təmin lunmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində keçirdiyi elektrik montyoru ixtisası üzrə təlimlərə yekun vurub. 

Olduqca maraqlı və interaktiv keçən təlimlərdə iştirakçılara fərdi evlərdə, binalarda və mənzillərdə elektrik sisteminin qurulması və təhlükəsizlik qaydaları barədə nəzəri biliklər verilib.

“Turan” İstedadlar Birliyinin layihə üzrə partnyor təşkilatlarında biri olan “Arka İnşaat” MMC-nin dəstəyi ilə təlimə Azərbaycanda informasiya texnologiyaları üzrə ixtisaslaşmış aparıcı inteqrasiya şirkəti olan “iTech Group”un və Azərbaycanda ev və binaların avtomatlaşdırılması sisteminin istehsalı və quraşdırılması üzrə ixtisaslaşmış aparıcı şirkət olan “Elsmart” şirkətinin nümayəndəsi dəvət edilmişdir. Həmin qurumlar tərəfində təlim iştirakçılarına ağıllı ev elektrik sistemləri və ağıllı qurğular barədə ətraflı məlumat vermişlər.

Növbəti təlimlər santexnika ixtisası üzrə keçirilməsi nəzərdə tutulur. Layihə uğurla davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir