• Şb. Apr 20th, 2024

Tarix yazan xalqım

Apr 24, 2022, 19:34

Hacıyev Ulvi Nail oğlu

Gəncə şəhəri, Texniki, Təbiət Fənləri Təmayüllü liseyin 10-cu sinif şagirdi

Açıklama yok.

2020-ci ilin oktyabr ayında Qarabağ döyüşləri ərəfəsində döyuş bölgəsindən kənarda olmasına baxmayaraq Gəncə şəhəri beş dəfə ayrı-ayrı zamanlarda bombalanmısdir. Bombalanma zamanı 27 nəfər dünyasını dəyişmiş, 125 nəfər ağır xəsarət almısdır. Ermənistanın dinc sakinlərə qarşı törətdiyi raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da var idi. Bu çox acı verici hadisədir. Ermənilər bununla bir daha necə qəddar, acımasız olduqlarını subut etmiş oldular. Bəs ermənilərə buna cavab olaraq nə edildi? Azərbaycan Ordusu düşmənin qarşısında dik duruş nümayiş etdirdi. Işğalda olan torpaqlarımızı 44 gün ərzində böyük qəhrəmanlıqla azad olundu. Əminəm ki, həm hərbi, həm mülki şəhidlərimizin ruhu şaddır. Biz gənc nəslə isə bu hadisələrdən nəticə çıxartmaq, dostumuzu, düşmənimizi tanımaq lazımdır. Bu hadisəni yaşayığımız kimi, acımızı da dunyaya tanıtdırmalıyıq. Haqqımızı bu yolla tələb etməliyik. Biz təkcə bu hadisəni deyil ermənilərin bizə dəfələrlə törətdiyi soyqrımlar, qətliamları xatırlamalıyıq. Onların qadın, uşaq, qoca demədən insanları qətl etməsini unutmamalıyıq. Bu hadisələri dünyada haqq səsimizlə tanıtmalıyıq.

Bu hadisə mənim yaddaşımda dərin izlər qoydu. Yaşımın az olmasına baxmayaraq bu hadisənin şahidi olmaq mənim uçun ağırdir. Axı orda həlak olanlar arasında mən, ailəm və sevdiklərim ola bilərdi. Bu acını təsəvvürr etmək mumkun deyil.

Bu hadisə artıq bir tarixə çevrildi. İnsan tarixini bilməlidir. Tarixini bilməyən insan cəmiyyətdə yerini bilmir. Biz cəmiyyətdə harda olmağımızdan asılı olmayaraq hər birimiz azərbaycanlıyıq. Ölkəmizi hər yerdə tanıtdirmalıyıq. Tariximizi gələcək nəsillərə ötürməli, gələcəyin həkimi, müühəndisi, müəllimi olaraq bizdən sonra gələn nəsillərə öyrətməliyik.

Mənim istəyim budur ki, azərbaycanlilar bundan sonra firəvan yaşasınlar.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir