• Be. Fev 26th, 2024

Ürəyi qan vətən

Apr 24, 2022, 19:41

Məmmədzadə Nuray Vüsal qızı

Gəncə şəhəri, İsmət Qayıbov adın 1 nömrəli orta məktəbin 9-cu sinif şagirdi

Açıklama yok.

2020-ci il mənim yaddaşımda silinməz izlərlə yadda qaldı. Çünki bu ildə həm kədərli həmdə sevincli hadisələr baş verdi. 30 il işğal altında olan torpaqlarımız mərd, qəhrəman oğullarımızın qanları bahasına geri qaytarıldı. Bu müharibə təkcə cəbhə xəttində deyil həmdə dinc əhalimizə qarşı edilən terrorlarla yadda qalan müharibə idi.

Mən müharibəni kitablarda, babamın söhbətlərində eşitmişdim. Amma II Qarabağ müharibəsində eşitdiklərimin canlı şahidi oldum. 44 günlük müharibədə çox çətin , dəhşətli hadisələr yaşadıq.

Gəncədə terror oktayabrın dördündən başlayaraq bir neçə gün davam etdi. Bu terrorda mənə ən çox təsir edən uşaqların yaşadığı dəhşətlər idi. Hər iki valideynini itirən Sevil və Hüseynin , üz gözü qan içində qalan Bəxtiyarın, 2 yaşlı Nilayın, balaca Məryəmi, ad gününə 1 gün qalmış Nigarın yarımçıq qalmış arzuları idi.

Gəncə terrorunun ən dəhşətlisi 11 oktyabrda idi. Biz yatmışdıq. Bombanın vahiməli səsinə ayıldıq. Sanki dəhşətli zəlzələ idi. Evin silkələnməsi , pəncərələrin şaqqıltısı çox qorxulu idi. Həyəcanla küçəyə qaçdıq. Hamı bir-birindən nə baş verdiyini soruşurdu. Bir neçə dəqiqə sonra təcavüzkar ermənilərin Gəncədə dinc əhalini raket atəşinə tutduğunu öyrəndik. Ölən və yaralananlar var idi. Ölən və yaralılar arasında qadınlar və uşaqlarda var idi. Bu xəbər məni çox kədərləndirdi. Mənim kimi hamı kədərli idi. Bu həyəcanı heç kim bir-birinə hiss etdirmirdi. Hər şeyin yaxşı olacağına inanırdı. Terrora kədərlənsək də ordumuzun hər gün ərazilərimizin işğaldan azad olma xəbəri bizi çox sevindirirdi. 2-ci dəhşətli Gəncə terroru 17 oktyabrda gecə saat 02:00 da oldu. Yenə də hamı yuxuda idi. Şiddətli partlayış səsi yuxudan səksənərək oyanmağıma səbəb oldu. Artıq bu dəfə doğma şəhərimizin bombalandığını anladım. Yenədə insanların terror qurbanı olduğunu öyrəndik. Gəncə ilə bərabər Bərdə şəhəri ,Tərtər şəhəri , Göygöl rayonu da raket atəşinə tutulurdu .

Gəncə terrorunda körpə övladını öz əlləriylə torpağa verən ata , balasıyla bir məzara qoyulan ana hamının ürəyini köz kimi yandırırdı.

Bu dəhşətli terror nəticəsində Gəncə çoxlu şəhid verdi. Onların qanı yerdə qalmadı. Biz onları unutmamalıyıq. Daim hörmətlə yad etməliyik. Onların qanı yerdə qalmadı.

II Qarabağ müharibəsində gəncəlilər böyük cəsarət göstərdilər. Xalqımızın necə qorxmaz xalq olduğunun şahidi oldum. Mən mübariz Azərbaycan övladı olmağımla fəxr edirəm.

QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir