• Ç. İyn 26th, 2024

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib – FOTO

İyn 4, 2024, 11:50

İyunun 1-də Astara rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə, Astara rayonunun Hamoşam inzibati ərazi vahidliyində “1 iyun uşaqların Beynəlxalq müdafiəsi gününə” həsr olunmuş “Sevək Azərbaycanı” adlı bayram konserti keçirilib.

Turkustan.az bildirir ki, bayram konserti təşkilatçı-prodüser Lalə Dadaşovanın, “Nur Organization”nın rəhbəri Kamran Nurun, “Əkinçi” TEST İB-nin təsisçisi Emin Hacısoy TürkƏrin, “Mübarizlər” İB-nin sədr müavini Gülnar Nəsiblinin birgə təşkilatçılığı ilə baş tutub.

Konsert təşkilatçı Lalə Dadaşovanın başlatdığı “Bir zərrənin sevinci” adlı xeyriyyə marafonu çərçivəsində, aparıcı Əmanət Fərəcqızını təqdimatı ilə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla ehtiramla yad edildi.

Konsertdə ilk olaraq Astara rayonun Millət vəkili Rəşad Mahmudova söz verildi. Rəşad müəllim öz növbəsində, tədbir iştirakçılarını salamlayaraq, bayram münasibətilə körpə fidanları təbrik etdi. Hamoşam bələdiyyəsinin sədri Rüfət Əliyev də öz növbəsində konsert iştirakçılarını salamladı. Təşkilatçılara təşəkkürünü bildirdi və uşaqların bayramını təbrik etdi.

Konsert proqramında Bakıdan gəlmiş “Avaz 4” televiziya muğam müsabiqəsinin qalibi Duyğu Rüstəmova, Beynəlxalq festivallar iştirakçısı Kamal Dadaşov, Beynəlxalq “Xarı Bülbül” iştirakçısı Xəyyam Qasımzadə və müsabiqələr qalibi rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə balaca sakinləri sevindirdilər.

Bundan başqa bayram konsertində yerli folklor nümunələri göstərildi.

Konserin sonunda “Əkinçi” TEST İB-nin təsisçisi Emin Hacısoy uşaqlarla birlikdə simvolik “el bir olsa” şüarını səsləndirərək, konserti bağlı elan elədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir