• C. Apr 19th, 2024

Gəncə – Göz nuru

Apr 24, 2022, 10:53

Musayev Məhəmməd Müseyib oğlu

Gəncə şəhəri, İmaməddin Nəsimi adına 44 nömrəli ingilis dili təmayüllü məktəb liseyin 7-ci sinif şagirdi

Açıklama yok.

Azərbaycan tarix boyu öz ticari mövqeyinə görə bir çox ölkələrin hədəfində olmuşdur. Gəncə erməni və rusların ən çox ələ keçirmək istədiyi şəhərdir. Onlar tarix boyu Gəncəni öz ərazisinə qatmaq istəmişlər. Tək Gəncəni deyil, ümumiyyətlə bütöv Azərbaycanda gözləri olmuşdur. Amma ki, hər görülən yuxu gerçək olmur. 2020-ci il sentyabr ayının 27-si başlanan müharibədə onlar başqa əraziləri də işğal etmək istəyirdilər, amma buna nail ola bilmədilər 90-cı illərdən dişlərində şirə qalmışdı. Lakin unutmuşdular ki, yatmış aslan artıq oyanıb. Onlar müharibədə hər gün uduzduqca onların mənfur xislətləri daha çox üzə çıxmağa başladı. Onlar dinc əhalini nişan aldılar.

Ermənistan Silahlı Qüvvələri Vətən müharibəsi zamanı Gəncəyə 5 dəfə raket zərbələri endirmişdir. Bu hücumlar nəticəsində 27 mülki vətəndaşımız şəhid olmuş, 125 nəfər insan xəsarət almışdır. Erməni dığaları əsgərlərimizə cüc gələ bilmədiyi üçün dinc əhaliyə zərbələr endirirdi. Həmişəki kimi ermənilər, rusların köməyi ilə qadağan olunmuş silahlarla bizim Bərdə, Tərtər, Mingəçevir şəhərlərimizədə zərbələr endirdilər. Gəncə terroru zamanı insanlar evlərindən, ailələrindən, uşaqlarından, ata analarından oldular. Amma buna baxmayaraq Gəncəlilər mərd dayandılar heç kim öz doğma el-obasını qoyub heç yana getmədi. Çunki əsgərlərimizə inanır və dualar edirdik. Əsgərlərimizdə ruh yüksəkliyi yaratmaq üçün gəncəlilər “Əsgərə məktub” layihəsi həyat keçirdik. Şəhər əhalisi səfərbər olub səngərlərə, cəbhə bölgəsinə ərzaq, paltar yardımları edirdilər. Gəncə hadisələrinin hamısının olduğu kimi dünya ictimayyətinə çatdırılmasını Gəncəmizin layiqli oğlu, prezidentin köməkçisi Hikmət Hacıyev öz üzərinə götürdü. Beləki, o özü ilə bütün ölkələrin media və nümayəndələrini yığıb Gəncəyə gətirdi ki, onlar bu terroru gözləri ilə görsünlər. Terrorçu ermənilərin cavabını əsgərlərimiz döyüş meydanında verdi. Bu yaxınlarda mən Cavadxan tamaşasına getmişdim. Bir daha ermənilərin bizə xəyanətini həmin tamaşada gördüm. Əmin oldum ki, onların xisləti dəyişməyəcək. Lakin onlar unudurlar ki, onların qarşısında Müzəffər Azərbaycan Ordusu var! Torpağının hər qarışı üçün canından keçməyə hazır olan qəhrəmanları, hələ neçə-neçə mübarizləri, poladları, xudayarları var. Onlar var olduqca Azərbaycan var olacaqdır.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir