• Şb. Apr 20th, 2024

Gəncə – Puç olmuş arzular

Apr 21, 2022, 10:52

Əliyeva Fatimə Pərviz qızı

Gəncə şəhəri, 17 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi

Açıklama yok.

2020-ci il…Həyatımızın ən ağır günləri… İndi çoxunuz fikirləşəcəksiniz ki, bu qızcığaz nədən bəhs edir? İlk öncə sizə doğma Gəncəmdən, doğulub böyüdüyüm gözəl diyarımdan danışım. Sonra da onun başına gələnlərdən.

Gəncəm, əziz şəhərim mən sənin qoynunda dünyaya göz açmışam. Bütün gözəllikləri səndə görmüşəm. İnsanları qonaqpərvər, mehriban, böyük-kiçik yeri bilən, hər kəsə qucaq açan Gəncəm. Mən düşünürdüm ki, hansı yerdə nə baş verirsə, versin, gözəl Gəncəm toxunulmazdır. Lakin heç nə düçündüyüm kimi olmadı. Bir gecə tüpürpədici bir səslə oyandım. Çox dəhşətli ağır bir səs. Elə bir yer-göy lərzəyə gəldi. Nə olduğunu anlamadan bir qüvvə məni evin bir küncündən o biri küncünə çırpdı. Çığırtı səsləri eşidirdim. Anam ağlayaraq, “qorxmayın” deyirdi. Balaca bacımın və anamın gözlərindəki qorxu və təlaş hər şeyi açıq deyirdi. Yenə raket düşmüşdü. Amma bu dəfə daha ağır. Yenə günahsız tökülən qanlar… Yenə çırağı sönən evlər…

Dağıntılar altında təkcə cansız bədənlər yox, həm də puç olmuş arzular qaldı. Gəncə camaatı təşviş içində idi. O dağıntılar, o vəhşiliklər Xocalını xatırladırdı. Böyüklərin, kiçiklərin gözündəki qorxu, təlaş məni daha çıx qorxudurdu. Əslində, qorxu, qəzəb, təlaş, həyəcan hamısı bir-birinə qarışmışdı. Bir yanda dağıntılar, bir yanda fəryad səsləri… Hər kəs öz yaxınlarını, ailəsini səsləyirdi. Bir tərəfdə qan hər tərəfini bürüyən insanlar, bir tərəfdə təcili yardım həkimləri, briqadaları, bir tərəfdə ağlayan insanla, bir də yardım üçün ətrafdan qaçıb gələn, yaralılara kömək etməyə çalışan gəncəlilər. Mən o gün anladım ki, biz vətənimiz üçün bir ölüb, min diriləcəyik, amma torpağımızın bir qarışını belə düşmənə verməyəcəyik. Həmin hadisələrdə bir nəfər şəhər sakininin fenomen olmuş bir müsahibəsi var: Biz gəncəlilər qan görəndə qorxmuruq, əksinə daha da hiddətlənir və qüvvətlənirik. Biz öz gücümüzü ermənilərə göstərdik və Gəncə hadisələrinin öcünü aldıq. Qələbə bizim oldu!!!

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir