• Ça. Apr 23rd, 2024

Şəhid polkovnik-leytenantın kitabının təqdimatı keçirildi – FOTOLAR

Apr 18, 2022, 11:54

Aprelin 16-da Gəncə şəhərində yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid polkovnik-leytenant Rasim Abdullayevin şeirləri əsasında hazırlanmış “Son nida” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti, R.Abdullayevin doğulduğu Milli kəndinin sakinləri,  şəhid ailələri və qazilər iştirak edib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şəhid polkovnik-leytenant Rasim Abdullayevin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.

Mədəniyyət sarayının direktoru Akif Bayramov şəhid R.Abdullayevin tərcümeyi-halı haqda məlumat verib, keçdiyi həyat yolundan, ədəbi fəaliyyətindən danışıb.

Təqdimat mərasimində geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatı Aqil Məmmədov 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad olunmasından danışıb. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi son 200 illik tarix dövründə Azərbaycan xalqının əldə etdiyi ən böyük  zəfər olub: “Azərbaycan dövlətinin uzun illər apardığı sistemli iş, ordu quruculuğu, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi bu mühabirədə öz nəticəsini verdi. Şəhidlərimizin qanı hesabına Vətən torpaqları işğaldan azad edildi. Vətən müharibəsi şəhidlərindən olan Rasim Abdullayev də öz qanı ilə adını bu Zəfərin müəllifləri sırasına yazdı”.

R.Abdullayevin ədəbi dünyası haqqında danışan millət vəkili bildirib ki, onun şeirləri ilə hələ kitab çapa hazırlanmamışdan tanış olub: “Mən bu şeirlərlə tanış olarkən gördüm ki, Rasim heç də şeir yazmaq xatirinə şeir yazmayıb, yalnız içdən ehtiyac hiss etdiyi vaxtda yaşantılarını şeirə çevirib. Onun şeirlərində həm güclü yurd sevgisi, yerd həsrəti, həm də insani hisslər geniş yer tutur. Hesab edirəm ki, bu kitab xalqımız, camaatımız tərəfindən əziz tutulan Rasimin xatirəsinə növbəti bir ithaf kimi oxucular tərəfindən seviləcək”.

Tədbirdə çıxış edən natiqlər 44 günlük şanlı Zəfər tariximizə nəzər salmış, şəhid polkovnik-leytenant Rasim Abdullayevin döyüş yolundan, fərdi xüsusiyyətlərindən söz açıblar.

Kəlbəcər məktəbliləri şəhid Rasim Abdullayevin şeirlərini səsləndiriblər, eyni zamanda şəhid R.Abdullayevin  sözlərinə bəstələnmiş muğamlar ifa olunub.

Şəhidin ailə üzvləri adından çıxış edən qardaşı Əvəz Abdullayev kitabın nəşrinə görə millət vəkili Aqil Məmmədova və hazırlanmasında iştirak edən heyətə təşəkkürünü çatdırıb.

Sonda Prezident İlham Əliyev tərəfindən təltif edilən şəhid Rasim Abdullayevin növbəti medalı oğlu İslama təqdim olunub.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir