• C. Apr 19th, 2024

Şuşa və Ağdam şəhərlərinə may ayına olan biletlər satışa çıxarılıb

Apr 26, 2022, 17:42

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə istifadəyə verdiyi müntəzəm avtobus reyslərinə may ayına olan biletlər satışa çıxarılıb.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. May ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə dəfə deyil, dəfə səfər edə biləcəklər.

Avtobus marşrutlarının may ayı üçün hərəkət cədvəli

arşrutMay ayı üzrə səfər günləri
Bakı – Şuşa – BakıCümə axşamı, çümə, şənbə və bazar
Bakı – Ağdam – BakıŞənbə, bazar
Əhmədbəyli – Şuşa– ƏhmədbəyliBazar ertəsi, çərşənbə axşamı, çərşənbə
Bərdə – Ağdam – BərdəÇərşənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir