• C. Apr 26th, 2024

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi ali və orta ixtisas təhsili müəssisələrinə səfər etməyə başlayıb

Noy 18, 2022, 22:48

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi ali və orta ixtisas təhsili müəssisələrinə səfər etməyə başlayıb.

Birlik ilk olaraq Azərbaycan Texniki Universitetinin daha sonra isə 1 Nömrəli Bakı Tibb Kollecinin tələbələri ilə görüşüb. Görüşlərdə ümumilikdə 350 nəfər iştirak edib. 

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi səfərlər zamanı gənclərə birliyin fəaliyyət istiqaməti, həyata keçirdiyi layihələr və birliyə qoşulmağın yolları haqqında ətraflı məlumat verib.

Görüşlər zamanı interaktiv müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir