• Be. Fev 26th, 2024

QHT “Xocalı soyqırımı – Türk dünyasının ortaq faciəsi” layihəsini həyata keçirir

Fev 22, 2022, 18:24

“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Xocalı soyqırımı Türk dünyasının ortaq faciəsi kimi” layihəsinin icrasını davam etdirir.

İctimai Birliyin sədri Aqil Camal bildirib ki, layihənin məqsədi Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrində, həmçinin, başqa ölkələrdə yaşayan türk toplumlarında Xocalı soyqırımının 30 illiyinin ictimai hadisəyə çevrilməsinə çalışmaq, bununla, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının dünya parlamentləri tərəfindən qəbul edilməsinə zəmin hazırlamaqdır.

Layihə çərçivəsində “Xocalı soyqırımı Türk dünyasının ortaq faciəsidir” devizi ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı Türk ölkələrində və toplumlarının yaşadığı ölkələrinin mediasında xüsusi hazırlanmış məqalələrin,  Türk dünyasından tanınmış ictimai fəallarından müsahibələrin mediada dərci, mövzu ilə onlayn debatların təşkili,  Türk dünyasının tanınmış QHT və media təşkilatlarının Xocalı soyqırımının 30 illiyi ilə bağlı ortaq müraciətinin yayılması kimi məsələlər icra edilir.

Təşkilatın rəsmi saytı da layihə çərçivəsində yenidən qurulacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir