• Ç. İyn 26th, 2024

Müstəqillik Günü munasibətilə milli geyimdə ənənəvi tədbir – FOTOLAR

May 30, 2024, 00:00

28 may Müstəqillik Günü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirlinin təşəbbüsü və təşkilatçılığı altında cəmiyyətin bir qrup nümayəndəsi milli geyimdə ənənəvi olaraq gəzintiyə çıxıb.

Bu barədə Turkustan.az-a Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirli məlumat verib: “Milli geyimdə gəzinti artıq 10 ilə yaxındır həyata keçirilir. Bu tədbirin keçirilməsində məqsəd cəmiyyətə ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın Müstəqillik bayramının qürurunu milli dəyərlərimizə olan hörmət və sevginin əməli nümunəsi ilə birgə təbliğini çatdırmaqdır.”

Təşkilat sədri qeyd edib ki, tədbirdə cəmiyyətin müxtəlif seqmentinin nümayəndələri – ziyalılar, həkimlər, şair və jurnalistlər, ali və orta məktəb müəllimləri, TV əməkdaşları, qeyri-hökümət təşkilatları nümayəndələri, məktəblilər, gənclər və körpə balalar iştirak ediblər.

“Tədbirə yalnız Bakı sakinləri deyil, ölkənin regionlarından, eləcə də Tatarıstandan da qatılıblar. Əllərində xeyli sayda bayraq olan iştirakçılar ətrafdakı balacalara bayraqlar hədiyyə ediblər. Tədbir ənənəvi olaraq dənizkənarı bulvarda başlayıb, şəhərimizin mərkəzi küçələrindən keçərək, tariximizin ruhu yaşayan İçəri şəhərdə, Şirvanşahlar sarayında yekunlaşıb”.

Tədbirin keçirilməsinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəstək vermişdir. Tədbirin hazırlıq mərhələsi ATV kanalının “Xəbərin olsun” səhər proqramında canlı olaraq yayımlanmış, İctimai TV tədbirin bütün gedişatını lentə alıb.

Tədbir şəhərimizin sakinləri, həmçinin qonaqları tərəfindən çox maraqla qarşılanmışdır. Sakinlər tədbir iştirakçılarını salamlayıb, bayram münasibətilə təbrik etmiş, onlarla şəkil çəkdiriblər.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir