• C. Apr 19th, 2024

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İB-dən yeni layihə “Müharibə – bir ailənin sorağında…”

Sen 6, 2022, 14:40

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə – bir ailənin sorağında…” adlı sənədli filmin hazırlanması layihəsinin icrasına başlayıb. Layihənin icra müddəti  iki ay nəzərdə tutulub.

Çəkiləcək “Müharibə-bir ailənin sorağında…” adlı sənədli film Xankəndi şəhərindən olan Nəsirovlar ailəsinin, yəni Birinci Qarabağ döyüşçüləri Nəsirov Ramiz Kamal oğlu, Nəsirov Kamran Kamal oğlu, Nəsirov Əli Kamal oğlu, Nəsirov Akif Kamal oğlu, Birinci Qarabağ şəhidləri Nəsirov Zahir Rafiq oğlu, Mirzəyev Araz Cavanşir oğlu, Şahverdiyev Azər Məmməd oğlu, Məmmədov Yaşar Yusif oğlu və Vətən müharibəsi şəhidi Nəsirov Xəqani Kamran oğlunun döyüş yolundan bəhs edəcək. Filimin çəkilişi Bakı və Gəncə şəhərlərində, Bərdə və Goranboy rayonlarında və Aşağı Ağcakənd qəsəbəsində aparılacaq. 

Layihənin məqsədi Xankəndi şəhərindən olan Nəsirovlar ailəsinin  vətənimizin ərazi bütövlüyünün qorunmasında göstərdikləri şücaətlər haqqında məlumatları geniş ictimaiyyətə təqdim etməkdir. Digər amalımız isə gənclərimizə vətənpərvərlik ruhu aşılamaq və Azərbaycan vətəndaşlarının daim öz ərazi bütövlüyünü qoruyacağını beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Məlumat üçün bildiririk ki, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi bu günə qədər bir çox uğurlu layihələr həyata keçirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir