• Be. May 20th, 2024

Yaxın Şərq mətbuatı Azərbaycan həqiqətlərindən yazacaq

Sen 2, 2022, 14:57

“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi “Ermənistanın müharibə cinayətləri və post-münaqişə dövrü problemlərinin Yaxın Şərq mətbuatında işıqlandırılması” layihəsinin icrasına başlayıb.

İctimai birlikdən bildirilib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilir.

“Məqsəd xarici medianın gücündən istifadə etməklə Ermənistanın müharibə cinayətlərini və Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Postmüharibə dövründə yeni reallıqlar yaradan Azərbaycanın daha da güclənməsi, Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına son qoyması həm də həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasından keçir. Biz hər cür imkanlardan istifadə edib Azərbaycanın haqq işini xarici ölkələrdə tanıtmalıyıq”,- deyə qurumdan bildirilib.

Təşkilatın təşəbbüsü ilə Misir, İraq, İordaniya, Əlcəzair, Suriya, Mərakeş kimi Yaxın Şərq ölkələrinin bir sıra media orqanlarında Ermənistanın müharibə cinayətləri və Azərbaycan həqiqətlərini əks etdirən yazılar dərc olunacaq.

“Dünya bilməlidir ki, Ermənistan 30 il ərzində işğalda saxladığı ərazilərimizdə bütün tarixi abidələri dağıdıb, məscidlərimizi təhqir edib, qəbiristanlıqların altını üstünə çevirib, yaşayış binaları və fərdi evləri son daşınacan söküb, təbii sərvətlərimizi istismar edib, meşələrimizi qırıb. Beynəlxalq ictimaiyyət anlamalıdır ki, müharibə dövründə Azərbaycanın dinc şəhərlərinin – Gəncə, Bərdə, Tərtərin ballistik raketlərlə atəşə tutulması, günahsız insanların məhv edilməsi, kütləvi qırğın sulahlarının istifadə edilməsi erməni faşizminin əlamətidir”, – İctimai Birliyin açıqlamasında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir