• Şb. Apr 20th, 2024

“Əmək Bazarına Gənclərin İnteqrasiyası” adlı layihəsini həyata keçirilib

Yan 10, 2023, 13:57

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi-2.0” proqramı çərçivəsində “Gənclərin Həmrəyliyi” ictimai birliyi Qazax və Ağstafa rayonları üzrə hər tədbirdə 20 gəncin iştirakı ilə “Əmək Bazarına Gənclərin İnteqrasiyası” adlı layihəsini həyata keçirmişdir.

Layihənin əsas məqsədi ölkəmizdə ucqar kənd və rayon gənclərini yeni əmək bazarına uyğun peşələrə,həmçinin mövcud kənd təsərrüfatı sahəsində sahibkarlıqla məşğul olmağa təşviq etməkdir.

Bölgə gəncləri arasında əlaqələrin  yaradılması, onların fikir mübadiləsində aktiv iştirakının təmin edilməsi, gənclərin  özünəinam hisslərinin formalaşdırılmasında və özünütəqdim etmədə əhmiyyətini aşılamaqdır. Gənclərin tədbirdə aktiv fikir mübadiləsi və maraq göstərdikləri peşər haqqında söylədikləri fikirlər layihənin məqsədinin düzgün seçildiyini bir daha təsdiqləmiş oldu. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilərək xatirə fotosu çəkildi.

Layihə hər iki rayonda həyata keçirilərək uğurla başa çatdırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir