• Ca. Mar 30th, 2023

“Qarabağ duyğularımın rəngi ilə” adlı sərgi keçirilib – FOTOLAR

Fev 22, 2023, 15:52

Fevralın 21-i Xocalı Soyqırımının 31 illiyinə həsr olunmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU)”İstedadlı Əlillər” İçtimai Birliyinin üzvlərinin, yaradıcı şəxslərin əl işlərindən ibarət “Qarabağ Duyğularımın Rəngi ilə” adlı sərgi təşkil olunub.

Ganjaterrorism.com xəbər verir ki, ADMİU, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyəti Yanında İctimai Şura və “İstedadlı Əlillər” İctimai Birliyinin üzvülərinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Xocalı soyqırımının 31-ci il dönümünə həsr olunub.

Tədbirdə universitet rəhbərliyi, millət vəkilləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və jurnalistlər iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə öncə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb, sərginin önəmindən danışıb. Xocalı soyqırımını xatırlayan rektor bu ümumxalq hüzn gününün hər il universitet daxilində müxtəlif tədbirlərlə anıldığını vurğulayıb: “2020-ci ildən başlayaraq, bu anım günləri başqa ruhla yad edilir. Şəhidlərimizi anmaqla yanaşı, biz həmçinin, fəxarət hissləri keçiririk. Çünki Xocalıda canından olan 613 şəhidimizin, Birinci Qarabağ müharibəsi şəhidlərimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində düşmənə layiqli cavab verdi və böyük qələbəni xalqımıza bəxş etdi”.

Rəhbəri olduğu ali təhsil ocağında Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimlərinin dərs dediyini və onların incəsənətimiz üçün peşəkar kadrlar hazırladığını deyən xanım rektor onların illər boyu Qarabağ probleminə və Vətən müharibəsinə həsr olunmuş bir çox tədbirlər, sərgilər keçirdiklərini, tamaşa və filmlər hazırladıqlarını diqqətə çatdırıb.

ƏƏSMN tabeliyində SXA ilə birgə əlilliyi olan yaradıcı şəxslərin sərgilərinin universitetdə tez-tez keçirildiyini deyən rektor bu cür istedadlı şəxslərə dəstək olmağa hər zaman hazır olduqlarını vurğulayıb.

Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev çıxışında Qarabağ zəfərindən geniş söz açıb, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasətindən danışıb. Həmçinin, A.Əliyev yaxın günlərdə Türkiyədə baş verən zəlzələ faciəsinə də toxunaraq universitetdə təhsil alan türkiyəli tələbələr başda olmaqla, bütün Türk dünyasına başsağlığı verib. Komitə sədri bu hadisədə Azərbaycanın Türkiyəyə növbəti qardaş dəstəyindən bəhs edərək bildirib ki, bu, Azərbaycan və Türkiyənin iki dövlət bir millət olduğunu bir daha sübut etdi.

Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov belə bir tədbirə görə universitet rəhbərliyinə təşəkkür edib və “Əsrin faciəsi” olan Xocalı soyqırımından və Vətən müharibəsindən bəhs edib və Xocalı Soyqrımıdan əlavə Başlı Bel faciəsi ilə bağlı geniş məlumat verdi. A.Məmmədov Vətən müharibəsində qazanılan böyük zəfəri dövlətimizin gələcək böyük uğurlarının başlanğıcı adlandırıb.

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov  tədbir haqqında qısa məlumat verdi və  qeyd etdi ki,  bu kimi vətənpərvər mövzularda tədbirləri təşkil etməkdə məqsədimiz həssas qurupun dilindən Qarabağ Həqiqətlərini beynəlxalq aləmə çatdırmaq və Xocalı Soyqırımını törədən,erməni silahlı qüvvələri,onlara dəstək verən terroçuların dinc əhaliyyə etdikləri vəhşiliyi,rəsm əsərlərində əks etdirən tablolarda dünyaya  təqdim etməkdən ibarətdi.

Tədbirin bədii hissəsində ADMİU-nun müəllimləri, Xalq artistləri Gülyanaq Məmmədova, Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev musiqi nömrələri ilə çıxış edib, ADMİU-nun tələbələrinin ifasında vətənpərvərlik mövzulu şeirlər dinlənilib.

Sonda qonaqlar “İstedadlı Əlillər” İctimai Birliyinin hazırladığı “Qarabağ duyğularımın rəngi ilə” adlı sərgi ilə yaxından tanış olublar.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir