• Ca. Mar 30th, 2023

Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı layihə icra edilir

İyl 27, 2022, 18:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək”ictimai birliyi Balakən rayonu üzrə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reablitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi 16 iyun 2022-ci il tarixdən həyata keçirilir.Layihə ilin sonuna qədər davam edəcəkdir.

Mərkəzdə 100 sağlamlıq imkanı məhdud uşaqlara 6 istiqamət üzrə psixoloq,loqaped,uşaq inkişaf mütəxəssisi,pedaqoq,fizioterapevt və sosial işçi xidmət göstərəcəkdir.ƏƏSMN tabeliyində SXA-nın məqsədi sosial sifariş üzrə layihələrin bölgədə sağlamlıq imkanı məhdud uşaqların sosiallaşmasına,ödənişsiz reablitasiya xidməti almasına və aztəminatlı ailələrin bu xidmətlərdən yararlanmağa əlçatanlılığını təmin etməkdir.

Mərkəzin xidmətlərinə həssas qrup üzvlərinin sosial problemlərinin müəyyən edilməsi,onların təqaüd,sosial müavinət problemlərinin araşdırılması,hüquqi sənədlərin hazırlanması və həllində dəstək vermək prioritet istiqamətdir.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir