• Şb. Apr 27th, 2024

Gənclərin I Regional Biznes Forumu keçirilib – FOTOLAR

Fev 21, 2024, 16:33

17 fevral 2024-cü il tarixində Azərbaycan Texnologiya Universitetində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin I Regional Biznes Forumu” adlı forum baş tutub.

Ganjaterrorism.com xəbər verir ki, 100 nəfərin iştirakı ilə baş tutuan tədbir layihə rəhbəri, Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyevanın açılış nitqi ilə açıq elan edilib və layihə haqqında geniş məlumat verilib. Sonra isə ATU-nun prorektoru Şahmar Məmmədov, Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli, Gələcək Naminə İctimai Birliyinin sədri Tural İsaqov, ADAU İnnovasiya Mərkəzinin direktoru Elvin Ağayev, Alabora Groupun icraçı direktoru Gülhanə Məmmədova çıxış edib.

Daha sonra panel müzakirələrinə başlanılıb. I paneldə “Gənclər Biznesdə” mövzusunda moderator/spiker Rəvan Cəfərli, spikerlər Elvin Ağayev, Rövşən Məmmədov, Zülfiyye Nuriyeva, II paneldə isə “Gənclər və Fürsətlər” mövzusunda moderator/spiker Şamo Salayev, spikerlər İsa Şəfiyev, Maarif Quliyev və Aqşin Kərimov çıxış edib.

Rəvan Cəfərlin təlimçiliyi ilə baş tutan forumun 2-ci hissəsində isə gənclərə praktiki biznes bilgilərin çatdırılması məqsədilə təlim keçirilib. Təlimdə peşə təhsilinin əhəmiyyəti və müasir əmək bazarının tələbləri, biznes fəaliyyəti və bu istiqamətdə həyata keçirilən proqramlar haqqında məlumat verilib, gənclərlə qrup işləri təşkil olunub və suallar cavablandırılıb.

Qeyd edək ki, forum 1 dekabr 2023-cü il tarixindən start verilən “Biznesini Birgə Yaradaq”adlı layihə çərçivəsində baş tutub. Layihənin məqsədi region gənclərinin özünəməşğulluq proqramında aktiv iştirakını təmin etmək, sahibkarlıq fəaliyyətini artırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir