• C. Apr 26th, 2024

Faciələr…

Apr 24, 2022, 10:56

Heydərli Müslüm Müşfiq oğlu

Gəncə şəhəri, Texniki, Təbiət Fənlər Təmayüllü liseyin 10-cu sinif şagirdi

Açıklama yok.

Bəşər cəmiyyəti yaranan gündən xeyirlə şər qoşa yaranmışdır. İbtidai icma quruluşundan tutmuş bu günə qədər ardı-arası kəsilməyən müharıbələr olmuş, qanlar axıdılmışdır. Çünki nəfsinə sahib çıxa bilməyən insanlar mənəm–mənəmlik iddiasına düşərək daha çoxuna sahib olmağa çalışmışlar. Müharibənin dəhşətlərini görən dahi H.Cavid ötən əsrin əvvəllərində yazırd: “Kəssə, hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”. Lakin çox təəssüf ki, amansız müharıbələr hələ də davam etməkdədir və davam edəcək də.

Yaddan çıxarmaq olmaz ki, hər bir ictimai hadisədə qanunlar olduğu kimi müharibənin də öz qanunları var. Müharibə zamanı yalnız ordular döyüşməlidir. Dinc əhaliyə-qadınlara, körpələrə, xəstələrə, qocalara, əliyalın insanlara toxunulmamalıdır.

Mənfur, insanlığa ləkə olan qonşularımız ötən əsrin əvvəllərindən başlayaraq bir neçə dəfə torpaqlarımıza qarşı ərazi iddiasına qalxmış və hər dəfə də misli görünməmiş faciələr törətmişlər. 1992-ci ilin 26 fevralında törədilmiş “Xocalı faciəsi” tarixdə misli görülməmiş bir vəhşilikdir . Biz bu faciəni ancaq televiziya ekranından görmüş və dərsliklərdə tanış olmuşduq.

2020-ci ilin oktyabrında baş vermiş Gəncə hadisələri isə bizim gözümüzün qarşısında baş verdi. Həmin günü sanki Gəncə sakinləri cəhənnəmin içində idilər. Mən tez- tez gözümü qırpır elə bil yuxu görürmüş kimi gözlərimi açıb bu dəhşətli yuxudan oyanmaq istəyirdim. Düzdür, həmin vaxt bizim cəbhə bölgəsində torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda qızğın döyüşlər gedirdi. Bizim şanlı ordumuz düşmənə qalib gəlib torpaqlarımızı mənfurlardan təmizlədikcə aciz erməni quldurları öz bəd əməllərindən vaz keçməyərək cəbhə bölgəsindən dəfələrlə kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, Nizami yurdu, qədim Gəncəni hədəf seçdi. Raket hücumu nəticəsində  səhərin mərkəzində yaşayış məntəqələri darmadağın edildi.

Oktyabrın 4, 5, 8, 11, 17 – də baş vermiş raket hücumları nəticəsində onlarla mülkü şəxs həyatını itirmiş, yüzlərlə insan yaralanmış, şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla digər binalara , avtomobillərə ziyan dəymişdir. Daha dəhşətlisi isə ölənlər içərisində azyaşlıların, körpələrin olmasıdır. Axı dünyaya yenicə gəlmiş o körpələrin, ümid dolu arzularla yaşayan məktəblilərin, yenicə tələbə adını qazananların nə günahı var idi?!

Mən və mənim kimi bu hadisənin şahidi olanlar bu tarixi heç zaman unutmamalılıq, erməni vəhşiliklərini həm dünyaya, həm də gələcək nəsillərə ötürməyə borcluyuq.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir